Müharibədən sonra Zəngəzur beynəlxalq rəsmilərin və strukturların diqqət mərkəzindədir. İki ilə yaxındır ki, regiona müxtəlif səviyyəli rəsmilər, səfirlər, son vaxtlar BMT, UNİSEF, AB nümayəndələri səfər ediblər. Regionda fəlakət risklərinin idarə edilməsi proqramları həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Zəngəzur vilayətinin rəsmi mənbəsi bildirib ki, bu strukturlar və erməni QHT-lər bir-birini gözləmədən müxtəlif icmalarda fasiləsiz təlimlər keçirir. Əsasən əhalinin təxliyəsi, sığınacaqların salınması, mənzil fondunun nizamlanması planlarına aid müzakirələr təşkil edilir. Bu fəallıq sakinlər arasında qorxu, şübhə doğurub. Ehtimal olunur ki, Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçdikdən sonra orada yaşamaq istəməyənlər Zəngəzura köçürüləcək. Eyni zamanda, bu hazırlıqların Qarabağla deyil, İranla bağlı olduğu düşünülür. Hazırki geosiyasi gərginliyə görə Zəngəzur tezliklə iranlı qaçqınları öz damı altına ala bilər”, - məlumatda deyilir.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu