ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini və Baş Qərargahın Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, Hökumət Aparatının rəhbəri Araik Arutyunyana hücum edərək, “satqın”, “soysuz” şüarlarını səsləndiriblər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hücum edənlər ermənilər olub. A.Arutyunyan buna cavabında gəncləri hədələyib. Bildirib ki, onlar Ermənistana gəlsələr, kim olduqlarını öyrənəcək və qisas alacaq.
“168.am” məmurun ABŞ-a necə getdiyini, ezamiyyətə göndərilib-göndərilmədiyini, yoxsa məzuniyyətdə olduğu üçün bu mağazaya getdiyini öyrənməyə çalışıb.
Ermənistan hökumətinin “Egov.am” saytında aparılan axtarışların nəticələrinə əsasən, yanvar və fevral ayları üçün “Baş nazirin qərarları” bölməsində Arayik Arutyunyanın ABŞ-a ezamiyyətə göndərilmədiyi məlum olub. Qeyd edilir ki, ona məzuniyyət verilməsinə dair qərar yoxdur. Buna görə də A.Arutyunyanın ABŞ-a hansı məqsədlə getdiyi suallar doğurub.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu