Rusiya Minski “İsgəndər”, həmçinin S-400 zenit-raket kompleksi ilə təmin edib.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Regional Qüvvələr Qrupunun Belarus hissəsini təchiz etmək üçün Rusiya bizə lazımi raket ehtiyatı olan “İsgəndər” operativ-taktiki raket sistemini verdi. S-400 uzaqmənzilli zenit-raket kompleksi də təhvil verilib. Bu, nəhəng silahdır”, - Lukaşenko vurğulayıb.
O, həmçinin bildirib ki, Dövlət Silahlanma Proqramı çərçivəsində “Tor” zenit-raket kompleksinin akkumulyatoru, tank əleyhinə idarə olunan raketlər, minaatanlar, reaktiv piyada atıcı qurğular, 830 mindən çox müxtəlif çaplı döyüş sursatları alınıb gətirilib.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto