Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Hüquq sektorunun müdiri Kamran Əliyevin sosial şəbəkə paylaşımı ciddi müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, o, paylaşımında BŞTİ-də hüquqşünas vəzifəsinə vakansiya olduğunu və namizədlərin qeyd olunan elektron ünvana CV göndərməsini yazıb.
Müzakirə də məhz bu cümlədən sonra başlayıb. Çünki dövlət müəssiələrinə işə qəbul qaydası, xüsusilə də hüquq sektoru üçün dövlət qulluğu hazırlığı test imtahanı və müsahibə mərhələsindən keçdikdən sonra olur. Ümumiyyətlə, hüquqşünaslar dövlət qulluğu, həmçinin xüsusi dövlət qulluğu imtahanları verib, sonra vəzifəsi üzrə çoxsaylı iş imkanı əldə edir.
Bu baxımdan da Kamran Əliyevin paylaşımı çaşqınlıq yaradır. Əgər yuxarıda qeyd olunan prosedur varsa, namizədlər birbaşa CV əsasında necə işə qəbul ola bilər? Elanda xüsusilə qeyd olunur ki, üstünlük korporativ hüquq sahəsində biliyi və təcrübəsi olan şəxslərə verilir. Dövlət qulluğu hazırlığı test imtahanı və müsahibə mərhələsindən keçən namizədlər barədə isə bir cümlə də yoxdur.
Qeyd edək ki, mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq sorğu göndərilib.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto