Ukrayna Prezidenti Vladimir Zelenski general-mayor Eduard Moskalevi Birləşmiş Qüvvələrin komandanı vəzifəsindən azad edib.
BUTA.TV xəbər verir ki, bu barədə Zelenskinin fərmanında deyilir.
“Eduard Mixayloviç Moskalev Birləşmiş Qüvvələrin komandanı vəzifəsindən azad edilsin”, - fərmanda qeyd olunur.
Xatırladaq ki, Zelenski fevralın 24-də gündəlik videomüraciətində danışdığı hərbi liderləri sadalayarkən, Moskalevin də adını çəkmişdi. Moskalev bu vəzifəyə 2022-ci ilin martından Rusiya-Ukrayna müharibəsi başlamasından az sonra təyin edilib.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto