Lavrov Bakıya iki günlük səfərə gəlir. Rusiya baş diplomatının gəlişi iki kontekstə diqqət çəkir: regiondakı siyasi mənzərə dəyişib və Ermənistanla Rusiya arasında soyuq küləklər əsir; səfər ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır.
Hazırda Rusiya üçün Cənubi Qafqazda risklər var:
Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına təhlükə yaradıb;
İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir.
Bu vəziyyətdə Moskva Bakıya həm bölgədə, həm də “vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır. Hərçənd, Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto