Bu gün təkcə Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək deyil, həm də bu cinayəti rəsmən soyqırımı kimi tanımaq lazımdır. Mən Dövlət Duması tərəfindən müvafiq qətnamənin qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də tərəfdarı olmağa davam edirəm. Bu, Rusiya məhkəməsinə imkan verəcək ki, Rusiya ərazisində olan bu dəhşətli cinayətin iştirakçılarının axtarışına, saxlanmasına və məhkəmə qarşısına çıxarılmasına başlasın.
BUTA.TV-ın Report-a məlumatına görə, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.
Ekspert qeyd edib ki, əmr verən və icra edən erməni siyasətçiləri, hərbçiləri və rəhbərləri də cəzalandırılmalıdır. Onun sözlərinə görə, Xocalı faciəsi bəşəriyyət tarixinin sağalmayan yaralarından biridir və heç vaxt unudulmamalıdır.
“Bu, Yaxın Şərqdən SSRİ ərazisinə gəlmiş erməni silahlı dəstələri və terrorçuları tərəfindən törədilmiş Azərbaycan xalqının soyqırımıdır. Rusiyanın ekspert icması adından, bir milyon rusiyalı adından Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Biz bu faciəni xatırlayır, sizinlə birlikdə yas tuturuq. Biz erməni cinayətkarlarının cəzalandırılmasını tələb edirik”, - Korotçenko vurğulayıb.
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto