Rusiyanın Almaniyadakı səfirliyinin önünə gətirilən vurulmuş rus tankının üstündəki Ukrayna bayrağı aksiya iştirakçıları tərəfindən yerə atılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, ötən gün Ukraynada məhv edilən rus tanklarından biri Rusiyanın Berlindəki səfirliyi qarşısında nümayiş etdirilib. Üzərində Ukrayna bayrağı olan vurulmuş rus tankının bazar günü axşama qədər orada qalmasına qərar verilib.
Şənbə günü isə Berlində bir neçə min insan aksiya keçirərək, Qərbin Ukraynaya silah tədarükünün əleyhinə çıxıb, “Bu, bizim müharibəmiz deyil” və “Alman silahları yenidən rusları və ukraynalıları öldürür” deyə etiraz ediblər.
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı