Tehran 2020-ci ildə iranlı generalı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas almaq cəhdlərindən əl çəkməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-ın komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.
“Biz ABŞ-ın keçmiş prezidenti Donald Trampı və keçmiş dövlət katibi Mayk Pompeonu öldürmək istəyirik. Süleymaninin ləğvi əmrini verən hərbi liderlər isə öldürülməlidir”, - Hacızadə bildirib.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymani 2020-ci il yanvarın əvvəlində prezident Donald Trampın göstərişi ilə ABŞ kəşfiyyat xidmətlərinin keçirdiyi hərbi əməliyyat nəticəsində öldürülüb.
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı