Azad olunan ərazilərdə yerləşən bölmələrin birində xidmət edən əsgər Əli Novruzovun doğum günü qeyd edilib.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, bu münasibətlə ona müdafiə naziri general polkovnik Zakir Həsənovun hədiyyəsi təqdim olunub, tort kəsilib.
Uşaq evində böyüyən əsgər Əli Novruzov 11 aydır işğaldan azad olunmuş torpaqlarda xidmət etdiyini, bunun üçün qürur hissi keçirdiyini deyib.
Əsgər Əli Novruzov ad günündə ona göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı