Artıq 10 ildir ki, Azərbaycanda yağıntının miqdarı azaldığı üçün quraqlıq keçir. Əgər Bakı şəhərinə əvvəl 200 millimetr miqdarında yağıntı olurdusa, indi o da düşmür. Dağlarda qar bu il yağmağa başlayıb. Buna görə növbəti aylarda suyun miqdarı bir az da olsa arta bilər.
Bunu BUTA.TV-a ekoloq Telman Zeynalov Azərbaycanda içməli suyun azalmasını şərh edərkən deyib.
Ekoloq suyun miqdarının azalmasının səbəbini dövlət qurumlarının məsuliyyətsizliyində görənlərin məsələyə doğru yanaşmadığını bildirib. Eyni zamanda bəzi məmurların hektarlarla ərazisi olduğunu və suyu burada suvarma üçün istifadə etdiklərini də vurğulayıb:
“Həmçinin, onlar balıq yetişdirmək üçün göllər yaradıblar. Bu da öz növbəsində çaylarda suyun azalmasına səbəb olan amillərdəndir.
Bunun qarşısını almaq üçün ancaq vətəndaş cəmiyyəti şurası yaradılmalıdır. Bu şura isə bütün Azərbaycanı gəzib prosesə nəzarət etməli, qanun pozuntularını müəyyən edib, onların qarşısını almalıdır”.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək