Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Nazir xatırladıb ki, artıq bitmiş Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qırğını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilib:
“İnsanlar diri-diri yandırılıb, başları kəsilib, əzab və işgəncələrə məruz qalıb. Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-si qoca və qarı olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 487 nəfərin yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil”.
Nazir vurğulayıb ki, Xocalı soyqırımını törədən Ermənistanın siyasəti etnik və milli ədavət üzərində qurulmuşdu.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək