Qəhrəmanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb.
BUTA.TV-ın Report-a istinadən xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Qəhrəmanmaraş şəhərində görüşü zamanı deyib.
O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağıntılar altında qalıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb.
Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb.
T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub:
"Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazimi yardımlar göstərilir".
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar