Rusiya hərbi rəhbərliyi özəl hərbi şirkətlər üzərində nəzarəti ələ almağa və təsisçisi Yevgeni Priqojinlə birlikdə “Vaqner”i informasiya məkanından sıxışdırmağa çalışır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.
“Rusiya Müdafiə Nazirliyi ümumiyyətlə Priqojini informasiya sahəsindən sıxışdırmağa çalışır. Bunun fonunda alternativ özəl hərbi şirkətlər aktivləşib. Xüsusilə, Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı olan “Şahin” özəl hərbi şirkəti güclənib”, - Qromov bildirib.
Onun sözlərinə görə, həmçinin özəl hərbi şirkətlər və digər hərbiləşdirilmiş birləşmələr üzərində nəzarəti təmin etmək üçün Rusiya ordusu onların silah, hərbi texnika və ərzaqla təminatını bağlamağa çalışır.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar