Suriya ilə Türkiyə arasında fikir ayrılıqları aradan qaldırıla bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Biz tərəflərə onlar arasında dövlətlərarası münasibətlərin normallaşdırılması və ənənəvi Suriya-Türkiyə mehriban qonşuluğunun bərpası maraqlarına uyğun olaraq, qarşılıqlı həll yollarının tapılmasında yardım etməyə davam edəcəyik”, - müavin bildirib.
Boqdanov Türkiyə hərbçilərinin Suriyada olması məsələsinə də toxunub:
“Türkiyə hərbçilərinin Suriyada olmasına gəlincə, onun müvəqqəti mahiyyətini şübhə altına almağa əsasımız yoxdur. Türkiyə tərəfi bunu ən yüksək səviyyədə bəyan edərək, Suriya Ərəb Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib. Bu mövqe bir sıra Rusiya-Türkiyə sənədlərində, “Astana üçlüyü”nün birgə bəyanatlarında qeyd olunub”.
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi