19 fevralda Ermənistan hərbi hissələrindən birində xidmət edən Ayk Aramoviç Petrosyanın ölümü ilə bağlı təfərrüat ortaya çıxıb.
BUTA.TV xəbər verir ki, Ermənistan İstintaq Komitəsi A.Petrosyanın Tavuş vilayətindəki mövqelərdən birində öldüyünü açıqlayıb.
Məlum olub ki, 19 fevral saat 12:45-də Petrosyan döyüş mövqeyində başından güllə yarası alaraq ölüb. İlkin məlumata görə, o öz avtomatından açdığı atəşlə intihar edib.
“Hərbi qulluqçunu təhqir etmək, tabeliyində olan şəxsə qarşı zor tətbiq etmək və ya zor tətbiq etməklə hədələmək, habelə ehtiyatsızlıqdan hərbi qulluqçunun intiharına səbəb olmaqda şübhəli bilinən yüksək rütbəli, müqavilə əsasında işləyən hərbi qulluqçu saxlanılıb”, - İstintaq Komitəsindən qeyd edib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar