Fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü (34 yaşlı - red.) Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan BUTA.TV-a bildirilib ki, araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq tədbirləri davam etdirilir.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar