Azərbaycanın xalq artisti Ramiz Novruz 68 yaşında uzun sürən mədə xərçəngi xəstəliyindən vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Asan Radio" məlumat yayıb.
Qeyd edək ki, Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar