"Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XX tur oyununun fasiləsində insident zamanı bıçaqlanan "Kəpəz" komandasının azarkeşi Rahib Ələsgərovun son durumu açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kəpəz” klubunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 1 saylı Şəhər Klinik Xəstəxanada əməliyyat olunan fanatın vəziyyəti normaldır. O, reanimasiyadan adi palataya köçürülüb. Qarşıdakı günlərdə evə buraxılacaq.
"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, eyni zamanda millət vəkili Müşfiq Cəfərov Ələsgərovu ziyarət ediblər. Azarkeşin vəziyyəti ilə maraqlanan klub rəhbərliyi ona şəfa diləyib, tezliklə tribunaya dönməsini arzulayıb.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb