Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib.
BUTA.TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası 5 ilə endirilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Tahirov 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. Həmçinin Nizami Şirinovun general rütbəsinin alınması üçün təqdimat göndərilməsi barədə qərar qəbul edilib.
Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham olunublar.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb