Yanvarın 29-na keçən gecə İrana edilən PUA hücumu ilə bağlı yeni detallar üzə çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nurnyus” nəşri İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmi saytına istinadən məlumat yayıb.
Bildirilib ki, İrana dron hissələrini İraq Kürdüstanında yerləşən əksinqilabi təşkilatların nümayəndələri köçürüblər, daha sonra isə dronlar İranda yığılıb.
Məlumata görə, köçürmə İranın şimal-qərbindəki ucqar dağlıq ərazidən həyata keçirilib.
Dron hissələrinin PKK-nın İran qolu vasitəsilə həyata keçirildiyi ehtimal olunur.
Qeyd edək ki, İran rəsmiləri zərbə endirən dronların İrandan qaldırıldığı haqda məlumat yaymışdılar.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb