Fevralın 1-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Rəcəb Öztop ilə görüşüb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-leytenant Ə.Əfəndiyev qonağı salamlayaraq onu yeni təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
R.Öztop səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb