İranın “Səhər” kanalında növbəti dəfə Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirilib.
BUTA.TV xəbər verir ki, kanalda yayımlanan verilişlərin birində çıxış edən ekspert Azərbaycanı Təbrizdəki konsulluğu bağlamağa çağırıb.
Aparıcının “Tehrandakı səfirlik bağlansa, Təbrizdəki konsulluq nə olacaq” sualına həmin şəxs “Əgər Tehranı təhlükəli yer hesab edirlərsə, o zaman Təbrizdəki konsulluğu da boşaltsınlar” cavabını verib.
Ekspertlər isə sosial şəbəkələrdə bunu “Səhər” kanalı vasitəsilə İranın mesajı kimi qiymətləndiriblər.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb