İsrailin əlində çox geniş miqdarda PUA-lar mövcuddur. Ancaq 1000 km-dən uzaq məsafələrdə vəzifələr yerinə yetirə biləcək PUA-ları haqqında məlumat yoxdur. Bəlkə də İsrail yeni, daha uzaq mənzilli HALE (High Altitude Long Endurance) tipli PUA hazırlayıb. Bu isə onun döyüş sınağı olub. Ona görə heç bir variantı istisna etmək olmaz.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, İrana zərbələrin İsrail tərəfindən endirildiyinə dair heç bir rəsmi məlumata malik deyilik:
“İran bu zərbələrin kim tərəfindən, nə ilə endirildiyinə dair fakt və sübutları ictimaiyyətə təqdim etməyib. Təbii ki, 1500-1600 km İsraildən aralıda yerləşən hədəflərə, xüsusilə də nüvə tədqiqatı ilə məşğul olan obyektlərə zərbələr endirilməsi suallar yaradır. Çünki hazırda İsrailə məxsus ən uzaq məsafəni qət edən PUA 1000 km-lik mənzilə sahibdir. Məsafənin daha uzun olması həmin PUA-ların tətbiqi faktını müəyyən şübhə altına alır”.
Ekspert həmçinin vurğulayıb ki, İsrail PUA istehsalı potensialında ABŞ-la rəqabət aparan bir ölkədir:
“Hazırda dünyada İsrail, ABŞ və Türkiyə bu sahədə ilk 3 yeri bölüşürlər. Ona görə də İranda hansısa sürü şəklində PUA-nın tətbiqini istisna edə bilmərik. Sadəcə bunların haradan buraxıldığı və hansı modelə aid olduğuna dair dəqiqləş məlumat yoxdur”.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb