İran 25 yük maşınından ibarət təchizat daşıyan karvanına zərbələr endirildiyini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-a bağlı informasiya agentlikləri məlumat yayıb.
Bildirilib ki, İraqın Ənbar əyalətindən Suriyanın Deyr əz-Zor əyalətinə gedən 25 yük maşınından ibarət ərzaq daşıyan karvana havadan hücum edilib.
“Əl-Mayadin”in yazdığına görə, maşın karvanına 3 raket atılıb, yalnız biri yük maşınına dəyib. İtki yoxdur.
Bildirilib ki, maşın karvanı “humanitar yardım” daşıyırmış.
Məlumatda hücumu İsrailin həyata keçirdiyi də təsdiqlənib.
Qeyd edək ki, hücum ötən gün gecə baş verib. İsrailin “Kan” televiziyası SEPAH-ın Suriyada yerləşən qərargahına hava zərbələri endirildiyi, həmçinin bu qərargaha təchizat daşıyan 25 yük maşınından ibarət karvanının da vurulduğunu bildirmişdi.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb