Avropa Birliyi Rusiyanın Afrika ölkələri ilə ticarətinə müdaxilə edə bilmir. Eyni zamanda, AB Afrika ölkələrindən Ukraynadakı müharibədə tərəf seçməyi tələb etmir, yalnız BMT Nizamnaməsinə əməl etməyi tələb edir.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Rusiya ilə ticarət etmək istəyirlərsə, mən nə edə bilərəm? Mən onlara mane ola bilmərəm. Biz onlardan xahiş etmirik və heç bir Afrika ölkəsindən və ya dünya ölkələrindən tərəf seçmələrini istəmirik. Biz onlardan yalnız BMT nizamnaməsinin tərəfini tutmalarını xahiş edirik”, - o deyib.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb