İşğal altındakı Fələstin torpaqlarında və İsraildə baş verən gərginlik narahatlıq yaradır. Tərəfləri gərginliyi azaltmaq üçün lazım olan tədbirləri görməyə çağırırıq.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Cari ildən bu günə kimi Cenindəki hadisələrlə birgə Qərbi Şəriyədə baş verən toqquşmalarda ölənlərin sayı 30-a çatıb. AB İsrailin son terror hücumları ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarını başa düşür. Lakin ölümlə nəticələnən gücdən istifadə yalnız son çarə olmalıdır”, - Borrell bildirib.
AB rəsmisi eyni zamanda, Qüds şəhərində sinaqoqa edilən silahlı hücumu da pisləyib.
Qeyd edək ki, ötən gün Qüds şəhərində sinaqoqa silahlı hücum olub. Nəticədə 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Bundan başqa, yanvarın 26-da İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli həyatını itirmişdi.
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır
- Diplomsuz həkim indi də “İstanbul”da burun kəsir... - Foto
- Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
- Onların vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır
- “Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir