Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasının tapmasının zəruri olduğunu vurğulayıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətinin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi