Türkiyə lazım gələrsə Avropaya qaz nəql edə bilər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz “Əl Cəzirə” telekanalına açıqlamasında deyib.
“Əgər tərəflər razılaşarsa, enerji böhranının aradan qaldırılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, konstruktiv rol oynaya bilərik. Beş LNG (mayeləşdirilmiş təbii qaz) terminallarımızdan bəziləri xüsusilə buna hazırdır. Əsasən də yay aylarında. Əgər tələb olunarsa, bu terminallardan istifadə etməklə Avropa ölkələrinə qaz çatdıra bilərik”, - nazir bildirib.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi