ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara ünvanladığı memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə edə biləcəyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Ümid edirəm ki, yanılıram. İntuisiya mənə bizim 2025-ci ildə döyüşəcəyimizi deyir”, - memorandumda qeyd edilir.
Memorandumun doğruluğunu ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri də təsdiqləyib.
Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti bərqərar etmək üçün istifadə edə bilər.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi