Son 2 ildə Azərbaycan səfirliklərinə 5 hücum olub.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tvitter səhifəsində yazıb.
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub. Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb. Son 2 il ərzində Azərbaycanın diplomatik nümayəndəliklərinə 5 hücum olub. Biz diplomatik nümayəndəliklərə edilən istənilən hücumu qətiyyətlə pisləyirik və İranı Vyana Konvensiyasına əməl etməyə çağırırıq”, - o bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı