Yanvarın 27-i günorta saatlarından başlayaraq İranı sünni məzhəbli etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.
BUTA.TV xəbər verir ki, cümə namazından sonra Zahidan, Rask və Dezab şəhərlərinin küçələrinə axışan bəluclar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bəlucların nüfuzlu din xadimi Mövləvi Əbdülhəmidə qarşı təzyiqləri pisləyən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub.
Dezab şəhərində sünni din xadiminin evinin mühasirəyə alındığı və etirazçılara atəş açıldığı, bir neçə nəfərin güllə yarası aldığı bildirilir.
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı