“Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Report-a açıqlamasında Əlcəzair millisinin sabiq oyunçusu ilə danışıq apardıqlarını bildirib.
Onun sözlərinə görə, 29 yaşlı oyunçu ilə anlaşma ərəfəsindədirlər:
“Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir. Danışıqların yekununa əsasən Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.
Qeyd edək ki, “Lequipe” nəşri “Qarabağ”ın Yassin Benzia ilə 2,5 illik müqavilə imzalaya biləcəyini yazıb.
Xatırladaq ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinib.
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı
- Aprel döyüşlərinin 10-cu ildönümü: “Zəfər Yolu”nun təqdimatı...
- Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı
- Qarabağdakı bu yol ödənişli oldu - Qərar
- Novruz Məmmədov ərizə yazıb, bu işindən ayrıldı
- Füzuli Şeydayev qəfil öldü