ABŞ İsraildəki anbarlarından Ukraynaya 155 mm-lik sursat göndərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı və israilli mənbələrə istinadla məlumat yayıb.
“Pentaqon Ukraynanın artilleriya mərmilərinə olan ciddi ehtiyacını ödəmək üçün ABŞ-ın İsraildəki sursat ehtiyatından istifadə edir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, 2022-ci ildə ABŞ və İsrail Ukraynaya 155 mm-lik 300 minə yaxın mərmi tədarük etmək barədə razılığa gəliblər. Onların təxminən yarısı artıq Avropaya göndərilib.
Qəzetin bildirdiyinə görə, hazırda amerikalı rəsmilər Ukraynanın 2023-cü il sursat ehtiyatını təmin etmək üçün kifayət qədər mərmi toplamağa çalışırlar.
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq