Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcəkdir.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2040-cı ilədək Bakı şəhərinin Baş Planı haqqında açıqladığı məlumatda qeyd edilib.
Bildirilir ki, “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq:
“2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.
2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur”.
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq
- Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...
- Aprelin ilk ongünlüyündə hava belə olacaq
- Elektromobili “evdən şarj” etməyin təhlükələri
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Vüsal Aslanov onu rəis təyin etdi - Foto
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?