Arizona Universitetinin alimləri müəyyən ediblər ki, əhvalı pis olan insanlar hekayələri dinləyərkən səhvləri daha tez fərq edə bilirlər.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqata cəlb olunanların hamısı qadınlar olub.
Alimlər tədqiqat iştirakçılarına "Sofinin seçimi" adlı filmindən kədərli səhnələr və "Dostlar" komediyasından bir hissə göstərməklə onların əhval-ruhiyyəsini manipulyasiya ediblər. Komediya janrında çəkilən film iştirakçıların əhval-ruhiyyəsinə təsir göstərməsə də, digər filmin səhnələri iştirakçılarda daha mənfi əhval-ruhiyyə yarada bilib.
İştirakçılar daha sonra bir sıra emosional neytral səs yazılarını dinləyiblər. Hər biri dörd cümlədən ibarət idi mənlərin yalnız birində xəta olub. Məsələn, gecə maşın sürmək haqqında hekayədə və ya ulduzlara baxmaqla bağlı mətndə “İşıqlar yandıqda, daha az görəcəksən” cümləsi yer alıb. Birinci halda bu ifadə səhv, ikincidə - düzgündür.
Alimlər müəyyən ediblər ki, iştirakçılar pis əhval-ruhiyyədə olanda səhvləri aşkar etməkdə daha effektiv olurlar. Beyin dalğalarının fəaliyyətinin təhlili insanların bu zaman daha diqqətli olduğunu təsdiqləyib.
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto
- Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto