Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri və müavini həbs olunub.
BUTA.TV-nin məlumatına görə, ötən ilin mart ayında ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə baş tutan konsert proqramı ilə Mingəçevir şəhərində fəaliyyətə başlayan "Anadolu" klinikasının rəhbəri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
Əldə olunan ilkin məlumata görə, klinikaya qəbul olunan şəxslərdən işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddət sonra qaytarılacağı vəd olunub. Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib. Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb. Yerdə qalan əməkdaşlara isə ümumiyyətlə əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib. Klinika rəhbərinin müavini Kərim Nadirov isə bir az da irəli gedərək yatırılan depozitlərin bir çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto
- Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto