Qarşılaşma pis alınmadı. Bu matçın faydası mənim üçün daha çox olacaq. Meydanda çatışmazlıqları görəndə bunun üzərində işləmək asılı olur.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşa "Rakuv"una 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının Yutub kanalına açıqlamasında deyib.
"İlk dəqiqələrdən gördük ki, rəqib bizdən daha hazırlıqlıdır. Polşa çempionatının lider olmaları hiss edilirdi. maraqlı komandadır. Bu cür matçlarda hazırlıq səviyyəsi oyuna böyük təsir edir. Futbolçularım yorğun idilər. Bu da normaldır. İlk matçlarda adətən daha zəif kollektivlərlə oynamağa üstünlük veririk. Amma vaxtı azlığı və "Gent"lə oyunu nəzərə alıb bu rəqibi seçdik. Futbolçular çox əziyyət çəkdilər. Qarşıdakı günlərdə detalların üzərində işləyəcəyik", - Q.Qurbanov bildirib.
O, yeni transfer Adama Diakabinin debüt oyunu barədə də söz açıb:
"Çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto