Bakıda 2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən Gültəkin Muradovaya hökm oxunub və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttihama görə, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini G.Muradova 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevi oğurlayıb.
2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb və G.Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan olunub.
Daha sonra 2 yaşlı uşağın atası da istintaqa cəlb edilib.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi