Böyük Britaniyanın Xarici İşlər və Beynəlxalq İnkişaf Departamenti və Birgə İxrac Administrasiyası Ermənistan və Azərbaycana qarşı silah embarqosu ilə bağlı tövsiyələrini yeniləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya hökumətindən məlumat verilib.
Bildirilib ki, 1992-ci ilin fevralından ATƏT bütün iştirakçı ölkələrdən Dağlıq Qarabağ ərazisində döyüşən qüvvələrə bütün silah və sursatların verilməsinə embarqo qoymağı tələb edir. Embarqo hələ də qüvvədədir.
2 iyul 2014-cü ildə rəsmi London dəqiqləşdirdi ki, silah embarqosu Böyük Britaniyanın hərbi siyahısında olan bütün malların və əşyaların tədarükünü əhatə edir. Çünki həmin silahlar Dağlıq Qarabağ regionunda və ya Azərbaycanla Ermənistanın quru sərhədində istifadə oluna bilər.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi