Nasistləri dəstəkləməyə, Rusiyanı və rus əsgərlərini təhqir etməyə görə cəzaya əmlakın müsadirə edilməsi bəndi əlavə edilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Son zamanlar Rusiyanı tərk edən vətəndaşların xaricdə öz rifahını qorumaq üçün açıq şəkildə bədxahlara, nasistlərə və qatillərə dəstək verməsi halları ilə daha tez-tez rastlaşırıq. Gedənlər ölkəmizin sayəsində rahat yaşayırlar. Xaricdə olarkən daşınmaz əmlaklarını icarəyə verir, Rusiya vətəndaşlarının hesabına qonorar almağa davam edirlər. Onların bu bəyanatları ekstremizmə çağırışlar, nasizmin reabilitasiyası və ya Rusiya Silahlı Qüvvələrinin gözdən salınması kimi qiymətləndirilə bilər”, - o bildirib.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi