Neftçala rayonunda sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə boğulub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu üzü üstdə qar suyu ilə dolmuş gölməçəyə yıxılıb və boğularaq ölüb.
İlkin məlumata görə, o, içkili olub. Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi