Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfərə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Fransa nümayəndə heyətinə parlamentin vitse-spikeri Valeri Rabo, Xarici Əlaqələr Komissiyasının sədri Jan-Lui Burlanj, deputat Anne Genet və İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini, Fransa-Ermənistan Dostluq Qrupunun sədri Ann-Lorens Patel daxildir.
“Zvartnots” beynəlxalq hava limanında fransalı parlamentariləri Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan qarşılayıb.
Fransa Milli Assambleyasının sədri Simonyanla görüşəcək və onunla birgə mətbuat konfransı keçirəcək. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşlər planlaşdırılır.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi