Türkiyənin “TRT World” telekanalı Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı reportaj hazırlayıb.
BUTA.TV xəbər verir ki, telekanalın mitinq yerində olan müxbiri xəbər verir ki, aksiya iştirakçıları pankartlar tutaraq və şüarlar səsləndirərək, Azərbaycanın azad edilmiş ərazilərində təbiəti qorumağa, yataqların ətraf mühitə ziyanlı və qanunsuz istismarına son qoymağa çağırırlar.
Müxbir vurğulayıb ki, aksiyaya baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının avtomobilləri Laçın yolu ilə dəfələrlə maneəsiz hərəkət edib.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi