Moskva İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur:
"Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır".
M.Zaxarova söyləyib ki, rəsmi Moskvanın Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifi qüvvədədir:
“İrəvan təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır”.
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto