Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” futbol klubunun Rumıniyanın "Botoşani" komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.
BUTA.TV klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.
Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq oyunun bitdiyini elan edib.
Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, "Şamaxı" günün ilk matçında Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə edib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...