Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəyən ermənilər üçün şərait yaradılacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Azərbaycan vətəndaşları kimi onların da hüquqları və təhlükəsizliyi qorunacaq. Bu günlərdə bir nəfərin (erməni əsilli vətəndaş – red.) əlidolu – iki blok siqaretlə qaytarılması onu göstərir ki, nəyinki onların hüquqlarını təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, onlar da Azərbaycan digər yerlərində olduğu kimi yaşaya bilərdilər. Onların indi hansı şəraitdə yaşaması göz önündədir. Ona görə də kim bizim vətəndaş olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər. Ya özləri, ya da sülməhramlıların maşınları ilə...”, - deyə dövlət başçısı bildirib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...