İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qardaşı Meysəm Çəbəli xarici ölkədən sığınacaq alıb.
BUTA.TV xəbər verir ki, o ölkəni tərk etməsinin səbəbi kimi qardaşı oğlunun SEPAH-ın 2020-ci il yanvarın 8-də Tehran səmasında vurulan Ukrayna təyyarəsində öldürülməsini göstərib.
“Qardaşım oğlu Məhəmməd Əmin Cəbəli SEPAH-ın vurduğu təyyarədə öldürüldü. Qardaşım Peyman Cəbəli hakimiyyətin tərəfini saxladı və onun qanının batmasına səbəb oldu”, - o deyib.
M.Cəbəlinin hansı ölkədən sığınacaq aldığı barədə açıqlama verilməyib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...