Rusiyalı tanınmış müğənni Filipp Kirkorov Ukraynanın ona qarşı yeni sanksiya tətbiq etməsinə reaksiya verib.
Kult.az xəbər verir ki, o, Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib.
Kirkorov İnstaqram səhifəsində Zelenskini özünün “köhnə həmkarı” adlandırıb:
“Köhnə dostum və çəkiliş meydançasında partnyorum rola həddən artıq girib. Okeanın o tayından ona göndərilən ssenari həm özünü, həm də əmanət etdiyi ölkəni külə çevirir. Mən ona və Ukraynada mənə yaxın olan insanlara çox təəssüflənirəm. Təəssüf ki, təbliğat və xəbər gündəmini zəbt edənlər insanların yaxınlarını, dostlarını, bir çox alternativ fikirləri, xəbərləri eşitməsinə mane olurlar. Bu arada bəxtim gətirdi, yalnız mahnılarıma qadağa qoyuldu. Bəli, mənim dovşanım”.
Kirkorov paylaşımına Ukrayna Prezidentinin profilini də işarələyib.
Qeyd edək ki, ötən gün Zelenski bir sıra rusiyalı sənət adamına sanksiya tətbiq edib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...