Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.
AQTA-dan BUTA.TV-a verilən məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitən, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.
Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...